Biri olmayacaq, o birinin cüzi şansı var

Biri olmayacaq, o birinin cüzi şansı var

Bu tur baş tutacaq “Qəbələ” – “Qarabağ” qarşılaşmasının diqqətləri üzərinə çəkəcəyi şübhə doğurmur. Fanat.az xəbər verir ki, qış fasiləsindən sonra keçirdiyi vacib oyunda “Xəzər Lənkəran”a uduzaraq, zirvədən 3-cü yerə enən ağdamlılar Yuri Syominin komandasına qarşı da tam heyətlə mübarizə apara bilməyəcək.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun saytımıza verdiyi məlumata görə, Türkiyədəki təlim-məşq toplanışında zədələnən Nikolas Gelaşvilinin meydana çıxmayacağı dəqiqdi. Gürcünün 2 həftəyə sıraya dönəcəyi deyilsə də, bərpa prosesində ləngimə var. Antalyadakı hazırlıqdan kənarda qalan, yalnız yüngül fərdi məşqlərlə kifayətlənən Rəşad Sadıqovun “qırmızı-qaralar”la matçda komandasına kömək etmək ehtimalı isə cüzidi. Böyük ehtimalla, Rəşad oyunu kənardan izləyəcək.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər