AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, futbol və futzal üzrə həvəskarlar arasında ölkə birinciliyinin iki oyunu ilə bağlı qərarlar qəbul edib:
* 1 iyun 2014-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Viləş” - “Səhliyalı” matçının 88-ci dəqiqəsində “Səhliyalı” klubunun futbolçusu Babayev Ramil öz baş məşqçisini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.
* 30 may 2014-cü il futzal üzrə Həvəskərlar birinciliyinin “Azərcell” - “Zirvə” matçının 24-ci dəqiqəsində “Azərcell ” klubunun futbolçusu Fuad Rzayev hakimə qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır.
- Oyunun 37-cı dəqiqəsində “Zirvə” klubunun futbolçusu Qeyrət Əliyev və “Azercell” klubunun futbolçusu Fəyyaz Hüseynov, oyunun 38-ci dəqiqəsində “Zirvə” klubunun futbolçusu Səid Seyidov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər bir oyunçu 3 oyun cəzalanır.
- Oyunun 40-cı dəqiqəsində “Zirvə” klubunun futbolçusu Fərdi Rəhimli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.
Fanat.az