İspaniyanın Bilbao şəhərində keçirilən klublararası Avropa çempionatı davam edir. Fanat.az xəbər verir ki, bu gecə III turun oyunları keçirilib.
Azərbaycan klubları növbəti dəfə münasibətlərinə aydınlıq gətirib. Ötən tun Rusiyanın Moskva şahmat yığmasını (MŞY) məğlub edən (5:1) SOCAR bu dəfə Norveçin “Oslo” koamandası ilə üz-üzə gəlib. Təmsilçimiz bu dəfə də qələbə qazanıb - 4,5:1,5.
Belçikanın “KSK-47 Eynatten” klubunu üstələyən “Odlar Yurdu” (4:2) isə Almaniya “Solinqen”I ilə qarşılaşıb. Komandamız bu dəfə heç heçə ilə razılaşıb.
III tur
SOCAR (Azərbaycan) - Oslo (Norveç) 4,5:1,5
Şəhriyar Məmmədyarov - Yon Lyudviq Xammer 0,5:0,5
Veselin Topalov - Simen Adqesteyn 0:1
Aniş Qiri - Ornulf Stabberud 1:0
Van Hao - Lars Xauqe 1:0
Anton Korobov - Sebastyan Mixaylov 1:0
Eltac Səfərli - Mats Persson 1:0
Odlar Yurdu (Azərbaycan) - Solinqen (Almaniya) 3:3
Emil Sutovski - Markus Raqqer 1:0
Vasif Durarbəyli - Ervin Lami 0,5:0,5
Rauf Məmmədov - Çanda Sandipan 1:0
Ülvi Bacarani - Aleksandr Naumann 0,5:0,5
Qədir Hüseynov - Mads Andersen 0:1
Vüqar Rəsulov - Yorq Veqerle 0:1
Fanat.az