Bir oyunda 43 qol buraxan qapıçını polislər tutdu - FOTO

Bir oyunda 43 qol buraxan qapıçını polislər tutdu - FOTO
Almaniyanın həvəskar liqasında çıxış edən "SV Vonderort” maraqlı hadisə ilə üzləşib.
Sport7.az xəbər verir ki, ötən həftə bir oyunda 43 qol buraxan komanda anti-rekorda imza atıb. Bu azmış kimi qolların hamısını "yeyən” 25 yaşlı qapıçı Marco həftəiçi son məşqdə polislər tərəfindən meydandan alınaraq birbaşa bölməyə aparılıb. 
"PSV Oberhauzen”lə görüşdə ortalama 2 dəqiqədən bir qol buraxan qapıçı məşqdə olarkən meydançaya iki polis maşını və 4 polis yaxınlaşıb. Ona yaxınlaşan iki polislə qısa dialoqdan sonra qapıçı məşqi yarımçıq qoyaraq paltardəyişmə otağına yollanıb və 5 dəqiqədən sonra stadiondan ayrılıb. Qapıçı bölməyə aparılarkən, məşqi izləyən media nümayəndələrinə "Bir məsələni aydınlaşdırmaq üçün bölməyə gedirəm” deyib. Bundan sonra qapıçı ilə əlaqə yaratmaq mümkün olmayıb. Üstəlik polis orqanları da onun haqqında məlumat verməyi lazım bilməyib.
Belədə komanda növbəti oyuna başqa bir qapıçı ilə çıxıb və rəqibinə 0:8 hesabı ilə yenilib.
Maraqlıdı ki, "SV Vonderort”u Yvonne Liesenfeld adlı qadın məşqçi çalışdırır. O keçirdiyi ağır xəstəlikdən sonra müalicə üçün futbola yönləndirilib. İki aydı komandadadı. Heyətin əksər üzvləri isə sığınacaq axtaran insanlardan ibarətdi. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər