Bir oyuna belə çıxmadı, qızıl medal qazandı - FOTO

Bir oyuna belə çıxmadı, qızıl medal qazandı - FOTO
İker Kasilyas Portuqaliya çempionatının qızıl medalına layiq görülüb.
Fanat.Az xəbər verir ki, "Portu"nun heyətində cari mövsümdə bir matçda belə oynamayan Kasilyas mükafatlandırılıb. 39 yaşlı qolkiper medalın şəklini "Instagram" hesabında paylaşıb və qeyd edib: "Sadə jest kimi görünsə də, mənim üçün bu, belə deyil".
Kasilyas 2019-cu ilin may ayında klubun bazasında infarkt keçirmişdi. İspan qapıçı o dönəmdən bəri yaşıl meydanlardan uzaqdı. 2020-ci ilin əvvəllərində Kasilyasın karyerasını bitirdiyinə dair xəbərlər yayılmışdı.
 
Bir oyuna belə çıxmadı, qızıl medal qazandı - FOTO
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər