Zədə səbəbindən bir ildir yaşıl meydanlardan uzaq qalan braziliyalı ulduz hücumçu Neymar məşqlərə başlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
Neymar komanda ilə toplu çalışmalar üzərində işləyib. Futbolçu sosial şəbəkə hesabında bir neçə foto paylaşaraq “Qrupla məşqlərə qayıtdığım üçün çox şadam... İndi tam sürətlə irəli” sözlərini yazıb.

Cənubi amerikalı futbolçu 18 oktyabr 2023-cü ildə Braziliya yığması ilə DÇ-2026-nın seçmə mərhələsinin oyununda diz bağları zədələndikdən sonra 11 aydan artıqdır ki, topsuz qalıb.
Neymar 2023-cü ilin yayında transfer olduğu Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun heyətində cəmi 5 oyuna çıxıb.
Mirağa