"Bild"dən "Şalke 04"ə qarşı kampaniya: "Ukraynaya azadlıq"

"Bild"dən "Şalke 04"ə qarşı kampaniya: "Ukraynaya azadlıq"

Almaniyanın "Şalke 04" klubu 2007-ci ildən sponsoru olan Rusiyanın "Qazprom" neft şirkəti ilə əməkdaşlıqdan əl çəkmək niyyətində deyil.

Fanat.Az xəbər verir ki, ikinci bundesliqa təmsilçisi belə bir açıqlama ilə çıxış edib: 

"Klubun rəhbərləri baş sponsorumuzla danışıqlar aparır. Klub sülh və birgəyaşayışa sadiqdir". 

Lakin futbol ictimaiyyəti “Şalke 04”-ün bu addımını bəyənmir.

Nüfuzlu "Bild" nəşri öz yazılarında Rusiyanın “Qazprom” şirkətinin adını göstərməkdən imtina edib: "Biz Putinin formalar üzərindəki reklamına son qoyuruq. Bu, növbəti xəbərdarlığa qədər davam edəcək. "Ukraynaya azadlıq" yazısı ilə loqonun üzünü bağladıq". 

 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər