"Real" rəhbərliyi Qaret Beylin müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi barədə düşünür.
Fanat.Az ABC-yə istinadən xəbər verir ki, Beyl bu yay komandanı tərk edə bilər.
Zinəddin Zidanın "Real"a qayıtmasından sonra 30 yaşlı futbolçu nadir hallarda meydana çıxır. Uzun müddətdi ki, onlar arasındakı münasibətlər qaydasında deyil. Buna baxmayaraq, Beyl 2022-ci ilin yayına kimi nəzərdə tutulmuş müqaviləsinin sonuna kimi "kral klubu"nda qalmağın əleyhinə deyil.
Rəhbərlik uelsli oyunçunun komandanı önəmsəməməsindən narahatdı. Bu səbəbdən Madrid təmsilçisinin yayda Beyli heç bir ödəniş tələb etmədən satmağa cəhd edəcəyi bildirilir.
Daha öncə "Real" vinqerlə yolları ayırmağa çalışsa da, onun yüksək məvacib şərtləri digər klubları razı salmamışdı.
Fanat.Az