Beyl "Real"da qala bilər

Beyl "Real"da qala bilər
Qaret Beylin daha bir mövsüm "Real"da qalmaq ehtimalı yaranıb.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, "Real" Beylə görə təklif almayıb. Bu səbəbdən Madrid klubunun rəhbərliyi uelsli futbolçunun əvvəlki formasını bərpa edəcəyinə və titullar uğrunda mübarizədə komanda yoldaşlarına yardımçı olacağına ümid edir.
"Nyukasl" 30 yaşlı vingerlə maraqlansa da, "Real"a rəsmi təklif göndərməyib. Bu, "sağsağanlar"ın Səudiyyə Ərəbistanı taxtının vəliəhdi Məhəmməd ibn Salmana məxsus fona satışının indilik baş tutmaması ilə əlaqələndirilir.
Cari mövsümdə Primeroda 14 matçda meydana çıxan Beylin aktivində 2 qol və eyni sayda məhsuldar ötürmə var.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər