Beyl Cokoviçlə komanda yoldaşı olacaq

Beyl Cokoviçlə komanda yoldaşı olacaq

Dünyanın bir nömrəli tennisçisi Novak Cokoviç qolf üzrə “Rayder Kuboku” turnirində iştirak edəcək.

Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, yarışının iştirakçıları arasında “Real Madrid”in və Uels millisinin sabiq vingeri Qaret Beyl də yer alacaq.

Futbolla vidalaşandan sonra qolfla peşəkar səviyyədə məşğul olmağa başlayan Beyl Cokoviçlə eyni komandada çıxış edəcək.  

Ulduz idmançıların qatılacağı yarış sentyabrın 29-dan oktyabrın 1-dək İtaliyanın paytaxtı Romada baş tutacaq.

Qeyd edək ki, “Rayder Kuboku” kişilərdən ibarət Avropa və ABŞ komandaları arasında ikiildənbir keçirilən qolf yarışıdır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər