Bəxtiyarlı “Tuzlaspor”dan heç-heçə

Bəxtiyarlı “Tuzlaspor”dan heç-heçə

Türkiyənin 1-ci liqasında 7-ci turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadənin komandası “Tuzlaspor” da növbəti matçına çıxıb.

Sözügedən komanda evdə “Şanlıurfaspor”la qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib – 1:1.

Həsənalızadə bu oyunda 90 dəqiqə meydanda olub.

“Tuzlaspor” hesabındakı 4 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər