“Betis”dən inamlı qələbə

“Betis”dən inamlı qələbə

İspaniya La Liqasında 34-cü tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.

“Betis” doğma meydanda “Rayo Valyekano” ilə üz-üzə gəlib. Dörd qolluq qarşılaşmada meydan sahibləri qələbəyə seviniblər.

Hazırda 85 xala malik “Barselona” vahid liderdir. “Real” 71 xalla ikinci, “Atletiko” isə 69 xalla üçüncü pillədə qərarlaşıb. “Real Sosyedad”ın 62, “Vilyarreal”ın 57, “Betis”in 55, “Jirona”nın 48, “Atletik”, “Osasuna” və “Sevilya”nın 47 xalı var.

İspaniya La Liqası 34-cü tur 12 may

Malyorka – Kadis 1:0 Qol: Maffeo, 16.

13 may

Real Sosyedad – Jirona 2:2 Qol: Oyarzabal, 5-pen. D.Silva, 24 – Kouto, 37. Stuani, 45+3.

Osasuna – Almeriya 3:1 Qol: Budimir, 46. Ezzalzuli, 51. M.Qomes, 81 – Lazaro, 90+2.

Vilyarreal – Atletik 5:1 Qol: Baena, 24; 90. N.Cekson, 37; 50. A.Paredes, 61-öz qapısına – Sanset, 45+3.

Real – Xetafe 1:0 Qol: M.Asensio, 70.

14 may

Selta – Valensiya 1:2 Qol: Seferoviç, 60 – Kluyvert, 8. Mari, 88.

Elçe – Atletiko 1:0 Qol: Fidel, 41.

Valyadolid – Sevilya 0:3 Qol: Mir, 50. P.Qomes, 79. Korona, 90+3.

Espanyol – Barselona 2:4 Qol: Puado, 73. Xoselu, 90+2 – Levandovski, 11; 40. A.Balde, 20. Kunde, 53.

15 may

Betis – Rayo Valyekano 3:1 Qol: Sabali, 5. A.Peres, 44. B.İqlesias, 90+7 – Komesana, 52.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər