"Beş ilimi boşa xərclədim" - Dembele

"Beş ilimi boşa xərclədim" - Dembele

"Barselona"nın hücumçusu Usmane Dembele Kataloniya klubunda oynadığı ilk illərdə inkişafına mane olan səhvləri barədə ilk dəfə açıq danışıb.

Fanat.Az xəbər verir ki, fransalı forvard RMC-yə müsahibəsində səmimi etiraflar edib: 

"5 ilimi boş yerə xərclədim. Hamı kimi gənc idim, harasa gedə bilərdim, ancaq sizin təsəvvür etdiyiniz qədər yox. Tez-tez zədələnirdim. Mənə "işləməsən, karyeranda durğunluq yaranacaq, özünə zərər vuracaqsan" deyirdilər. Kumanın dönəmində hər şey dəyişdi. Xavinin gəlişindən sonra isə daha da yaxşılaşdı. O vaxtdan zədələnmirəm. Hər şey yaxşı olacaq, özümü əla hiss edirəm. Bütün komanda və klub mənə inanır. Xavinin etibarı məni "Barselona"da qalmağa vadar etdi. Komandamla Çempionlar Liqasını qazanmaq istəyirəm".

2017-ci ildən "Barselona"da çıxış edən Dembele yayda klubla müqaviləsini yeniləyib. 25 yaşlı forvard müddəti 2024-cü ilin yayına qədər olan sözləşməyə imza atıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər