Beş cüdoçumuz Avropanın ilk "3-lüy"ündə

Beş cüdoçumuz Avropanın ilk "3-lüy"ündə

Azərbaycanın 5 cüdoçusu Avropa reytinqinin ilk "üçlüy"ündə qərarlaşıb.

Fanat.Az xəbər verir ki, Hidayət Heydərov (73 kq) ilə Məmmədəli Mehdiyev (90 kq) qitə sıralamasında hazırda ikinci, Balabəy Ağayev (60 kq), Səid Mollayi (81 kq) və Zəlim Kotsoyev (100 kq) isə üçüncü pillədə yer alıblar.

Qeyd edək ki, bu cüdoçulardan Heydərov və Mollayi dünya reytinqində üçüncü, Mehdiyevlə Kotsoyev dördüncü, Ağayev isə yeddinci yerdədir. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər