Berti Foqtsu müzakirəyə çağırdılar

Berti Foqtsu müzakirəyə çağırdılar

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts vətəni Almaniyadan dəvət alıb. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Almaniya televiziya kanallarının birində mövsümün yekunlarına həsr olunan müzakirələrə çağırılıb.Bu gün Bakı vaxtı ilə saat 18:30-da başlayacaq Bundesliqanın sonuncu turunun oyunlarının başa çatmasına 15 dəqiqə qalmış Foqts və digər ekspertlər studiyadan yarışı dəyərləndirməyə başlayacaq. Saat 20:00-da başlayacaq proqramda millimizin məşqçisi ilə yanaşı, onun rəhbərliyi altında oynadığı vaxt münasibətlərində problem olan əfsanəvi Lotar Matteus və daha bir tanınmış sima Rayner Kalmund olacaq. Mütəxəssislər Bundesliqanın yubiley – 50-ci mövsümü haqda fikirlərini açıqlayacaq.İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər