Berti Foqts: "Milli komandaya təzyiq var"

Berti Foqts: "Milli komandaya təzyiq var"

"Komandanın hazırlığından razıyam. Hava da sadəcə əladı". Fanat.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Berti Foqts deyib.

Şimali İrlandiya ilə oyundan öncə mətbuat konfransı keçirən alman çalışdırıcı hazırlığa tez başlamadıqlarını bildirib: "Mətbuatdan oxumuşam ki, biz hazırlığa çox erkən başlamışıq. Amma bu, belə deyil. Biz böyük futbol ölkələrini yalnız bir gün qabaqlaya bilmişik".

Foqts heyətdə iki problemin olduğunu deyib: "Heyətdə 25 futbolçu var. Vaqif Cavadovun çiynində zədə var. Ruslan Abışov cəzalı olduğu üçün oyunu buraxacaq. Amma hələ onu kiminlə əvəzləyəcəyimizi bilmirəm. Mümkündü ki, dörd yarımmüdafiəçi ilə oynayaq. Son vaxtlar Cavid Hüseynovun oyunu xoşuma gəlir. Ruslan komandamız üçün vacib oyunçudu. Onun bir qədər də yaxşı sürəti olsaydı, daha gözəl olardı".

Baş məşqçi yığmaya təzyiq edildiyini bildirib: "Komandada təzyiq var. Ümid edirəm ki, peşəkar futbolçularımız buna dözəcək. Şimali İrlandiyanı yaxşı tanıyırıq. Kobud oynayırlar, başla yaxşıdırlar. Təkbətək mübarizələrdə də həmçinin. Sözsüz ki, fərq böyükdür. Beynəlxalq oyunlarla yerli oyunlar arasında fərq var".

Alman çalışdırıcının "İlk “11-lik”də hücum xəttində Rüfət Dadaşova, yoxsa Rauf Əliyevə güvənəcəksiniz" sualına cavabı belə olub: "Məndən start heyətini açıqlamağı gözləməyin. Əgər bu, öz aramızda qalsaydı, deyərdim. Amma jurnalistləri tanıyıram. Ağzını açan kimi, beş dəqiqə sonra hər şey mətbuatda olur".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər