Millimizin baş məşqçisi Berti Foqts saytına açıqlamasında Uruqvay Futbol Asossiasiyanın iyun ayının 3-də Montevideoda yoldaşlıq oyunu keçirmək təklifinə imtina haqda fikirlərini bildirib:
“Uruqvay yığması ilə iyunun 3-də yoldaşlıq oyunu keçirmək haqda bizim variantımız var idi. Mənə zəng edib Uruqvaya gəlməyi təklif etdilər. Ancaq San-Fransisko ilə Montevideo arasında 10 saatlıq uçuş müddətini nəzərə alıb bundan imtina etmək qərarına gəldilər. Həmçinin, yığma oyunçularına yeni arvomövsümün başlanması ərəfəsində istirahət lazımdı. Ancaq buna rəğmən mən uruqvaylılara ABŞ-a gəlməyi və mayın 30-u, ya da iyunun 1-də Kaliforniyada oynamağı təklif etdim. Ancaq bu variant onları qane etmədi”.
azerisport.az