"Barselona"nın vingeri Joau Feliks Portuqaliya millisindəki komanda yoldaşı, hazırda "Mançester Siti"də çıxış edən Bernardu Silva haqda danışıb.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında onun fikirlərinə yer verib.
Feliks həmyerlisinin "Barselona"ya mümkün keçidi haqda bunları deyib: "Düşünürəm ki, Bernardu Silvanı "Barsa"ya qoşulmağa inandırdım, bu doğrudur! Amma indi bu, ondan asılı deyil.
O, məndən ev, yemək, təhlükəsizlik... - hər şey haqqında soruşdu! Gəlsə, "Barsa" Bernardudan məmnun qalacaq".
Qeyd edək ki, Bernardu Silvanın ingilis klubu ilə 2026-cı ilin iyununa qədər müqaviləsi var.
Mirağa