Berezutski lider üzərində qələbəni belə şərh etdi

Berezutski lider üzərində qələbəni belə şərh etdi

"Sabah”ın baş məşqçisi Vasili Berezutski Misli Premyer Liqasının 17-ci turunda səfərdə lider “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçla bağlı belə danışıb:

“Nəticə daha çox heç-heçəyə oxşayırdı. Biz künc zərbəsindən qol vurduq. Bu, ruh yüksəkliyi üçün çox vacib qələbə idi. Hələ ki, biz işə yanaşmanı dəyişmişik. Məşqlərdə intensivliyi artırmışıq. Daha böyük işlərimiz qarşıdadır. Biz Azərbaycanda qalacağıq. Yanvarın 4-də toplaşacağıq. Niderlandda işləmişəm, orada da hazırlıq dönəmi qısa vaxt olurdu. İki həftə hazırlaşacağıq”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər