Berdiyev qələbə və karyerasının ilk "qırmızı"sı haqda nə dedi?

Berdiyev qələbə və karyerasının ilk "qırmızı"sı haqda nə dedi?

Misli Premyer Liqasının 30-cu turunda "Sabah"ı qəbul edən "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev oyun barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, 73 yaşlı mütəxəssis 2:1 hesablı qələbəni dəyərləndirib və jurnalistlərin suallarını cavablandırıb:

- Layiqli qələbə qazandıq. Oyuna yaxşı başladıq. Lakin hesabı rəqib açdı. Fasilədən sonra vəziyyəti dəyişə bildik.

- Qırmızı vərəqə aldığınız epizod barədə nə deyə bilərsiniz? Bunadək sizi texniki zonadan uzaqlaşdırmışdılar? - Xeyr. Bu, məşqçilik karyeramda ilk qırmızı vərəqə idi. Bəzən emosiyalar ön plana çıxır. Rəqib futbolçuların buzim oyunçuya warşı kobudluğuna hakim reaksiya vermədiyi üçün belə oldu. Söylədiyim kimi, emosiyalarımı cilivlaya bilmədim.

- Uzun müddət idi ki, qələbə qazana bilmirdiniz. Bu qələbə komandanıza əlavə motivasiya, dönüş nöqtəsi ola bilərmi?  - Belə olacağına ümid edirəm. Əlbəttə, üzərimizdə psixoloji təzyiq var idi. Qazandığımız qələbədən sonra təzyiqin aradan qalxacağını düşünürəm. Allah qoysa, belə də olar.

- Oyunun çox hissəsinə tribunadan baxdınız. Necə hiss idi?  - İkinci hissədə 4 müdafiəçiyə keçdik və Jonu irəliyə buraxdıq ki, təzyiq etsin. Bu da işə yaradı. Bir daha oyunu tribunadan izləmək istəmərəm.

- Avrokuboklara getmək üçün çempionatda 3-cü yeri tutmaq şansınız realdır, yoxsa "Qarabağ" və ya "Araz-Naxçıvan"ın kuboku qazanacağına ümid etmək? - Biz heç bir komandadan asılı olmaq istəmirik. Öz oyunumuz haqda düşünürük. Qarşıdakı görüşlərə hazırlaşacağıq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər