Berardi İtaliya nəhənginə keçə bilər

Berardi İtaliya nəhənginə keçə bilər

"Sassuolo"nun hücumçusu Domeniko Berardi karyerasını İtaliya nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "La Gazzetta dello Sport" yayıb.

Xəbərə görə, onun xidmətində "Yuventus" maraqlıdır. Mənbə "Milan", "Napoli" və "Roma"nın da istədiyi 29 yaşlı Domenikonun Turin təmsilçisində çıxış etmək variantına isti yanaşdığını vurğulayıb.

Xatırladaq ki, bu ilin martında zədələnən Berardi iyunun 14-də Almaniyada start götürəcək Avropa çempionatını kənardan izləmək məcburiyyətində qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər