Benzia oynadı, Əlcəzair xal itirdi

Benzia oynadı, Əlcəzair xal itirdi

“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia Əlcəzair yığmasında növbəti oyununu keçirib. 

Fanat.Az xəbər verir ki, Benzianın komandası Afrika Millətlər kubokunun seçmə mərhələsində Ekvatorial Qvineyayla qarşılaşıb. 

Matç qolsuz bərabərliklə başa çatıb. 

Benzia da bu görüşün iştirakçısı olub. 30 yaşlı futbolçu 70-ci dəqiqədə meydana əvəzetmədən daxil olub. 

Qeyd edək ki, Əlcəzair millisi 13 xalla liderliyini qoruyur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər