Benzia oynadı, Əlcəzair millisi...

Benzia oynadı, Əlcəzair millisi...

"Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia Əlcəzair millisinin heyətində növbəti matçını keçirib.

Fanat.Az xəbər verir ki, 31 yaşlı futbolçu DÇ-2026-nın seçmə mərhələsində Botsvanaya qarşı mübarizə aparıb. 

Meydana start "11-lik"də çıxan Benzia 81-ci dəqiqədə əvəzlənib. 

Oyu  Əlcəzair yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbə sayəsində xallarının sayını 12-ə çatdıran Benzianın komandası qrupda liderdir. Botsvana yığması isə 6 xalla dördüncü pillədə qərarlaşıb.

Əlcəzair millisi seçmə mərhələdə növbəti görüşünü martın 25-də öz meydanında Mozambikə qarşı keçirəcək. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər