"Real"dakı ilk qurbanı Mesut Özil olan Karlo Ançelotti daha bir futbolçunu hədəfə alıb. Fanat.az xəbər verir ki, italyan mütəxəssis Kərim Benzemanı yola salmaq istəyir.
Avropa mediasının məlumatına görə, fransız futbolçu karyerasını Türkiyədə davam etdirə bilər. Buna səbəb isə İspaniya, Fransa və İtaliya kimi ölkələrdə vergilərin həddən artıq çox olmasıdı.
Fanat.az