"Əl-Hilal"ın hücumçusu Kərim Benzema "Əl-İttihad"dan ayrılıb "Əl-Hilal"a keçərkən sabiq klubu ilə vidalaşmaması ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış insayder fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"İndiki klubumda olmaqdan məmnunam. Bunu onlardan soruşun. Sualı "Əl-İttihad"ın oyunçularına ünvanlayın".
Daha öncə yerli mətbuat Benzemanın "Əl-İttihad"ın yeni müqavilə təklifini geri çevirdiyini bildirib. Sözügedən futbolçu 2023-cü ilin yayından Səudiyyə Ərəbistanında çıxış edir. Cari mövsüm bugünlərdə ayrıldığı "Əl-İttihad"ın forması ilə bütün turnirlərdə 21 matça çıxan fransalı 16 qolla yadda qalıb.
Nihat