Benzema "Real Madrid"in əfsanəsini geridə qoydu

Benzema "Real Madrid"in əfsanəsini geridə qoydu

"Real Madrid"in 34 yaşlı hücumçusu Kərim Benzema İspaniya nəhənginin forması ilə 324-cü qolunu vurub.

Fanat.Az xəbər verir ki, UEFA Superkuboku uğrunda matçda Frankfurt "Ayntraxt"ının qapısına yol tapan Benzema komandasının 2:0 hesablı zəfərinə töhfə verməklə yanaşı, qol sayında "Real"ın canlı əfsanəsi Raul Qonzalesi (323) geridə qoyub.

Hazırda Fransa millisinin forvardı klub tarixinin ən sərrast oyunçuları arasında ikincidir. İlk sırada isə 451 qolla Kriştianu Ronaldu qərarlaşıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər