Benzema PSJ ilə oyuna hazır olacaqmı?

Benzema PSJ ilə oyuna hazır olacaqmı?

"Real Madrid"in hücumçusu Kərim Benzema fərdi məşqlərini davam etdirir.

Fanat.Az "Football Espana"ya istinadən xəbər verir ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin oyununa - PSJ ilə önəmli görüşə 5 gün qalsa da, Benzema kollektiv çalışmalara qatıla bilmir.

Bu isə o deməkdir ki, Fransa millisinin hücumçusunun fevralın 15-də keçiriləcək qarşılaşmaya hazır olmaq ehtimalı çox azdır.

34 yaşlı Benzema yanvarın 20-də keçirilən İspaniya Kubokunun 1/8 final mərhələsinin matçında - "Elçe" ilə oyunda (2:1) sıradan çıxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər