Benzema londonluları üz-üzə qoydu - SON DURUM

Benzema londonluları üz-üzə qoydu - SON DURUM

Londonun "Arsenal" klubu fransalı hücumçu Kərim Benzemanı "Əl-İttihad"dan mövsümün sonuna qədər icarəyə götürməyə çalışır. 

Fanat.Az xəbər verir ki, informasiyanı "TEAMtalk" yayıb.

Mənbənin məlumatına görə, futbolçunun transferi uğrunda mübarizədə "topçular"ın rəqibi digər London nəhəngi "Çelsi"si olacaq. 

Benzema ötən yay azad agent kimi "Əl-İttihad"a keçib. Bu mövsüm forvard bütün turnirlərdə 24 oyun keçirib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib. 

Futbolçunun Səudiyyə klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. "Transfermarkt" ulduz futbolçunun təxmini dəyərini 15 milyon avro qiymətləndirir.

“Arsenal” bu mövsüm İngiltərə Premyer Liqasında 20 turdan sonra 40 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər