Benzema ÇL-ə aparılmadı

Benzema ÇL-ə aparılmadı

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanı təmsilçisinin Asiya Çempionlar Liqası matçı üçün heyətindən kənarlaşdırılıb.

Fanat.Az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. 

Nəşrin məlumatına görə, fransalı ulduz baş məşqçi Marselo Qalyardo ilə münaqişəyə görə oyunlardan uzaqlaşdırılıb.

Benzema Çempionlar Liqasının 1/8 final mərhələsinin “Novbahor”la ilk oyunu üçün komanda ilə Özbəkistana uçmayıb.

“Novbahor” – “Əl-İttihad” matçı sabah keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər