Benzema ÇL-də ilkə imza atdı

Benzema ÇL-də ilkə imza atdı

Çempionlar Liqasının II turu çərçivəsində D qrupunda "Real Madrid" Tiraspol "Şerif"ini qəbul edib. 

Fanat.Az xəbər verir ki, oyun qonaqların sürpriz qələbəsi ilə başa çatıb (1:2).

Görüş "qaymaqlar"ın hücumçusu Kərim Benzema (Karim Benzrma) üçün əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, oyunun 65-ci dəqiqəsində kral klubunun heyətində penaltidən qol vuran 33 yaşlı futbolçu 17 il ard-arda ÇL-də fərqlənən yeganə oyunçu olaraq tarixə düşüb.

Xatırladaq ki, hesabı oyunun 25-ci dəqiqəsində "Şerif"in özbəkistanlı futbolçusu Yaxşıbekov açıb. Tiraspol klubunun qələbə qolunu isə oyunun 89-cu dəqiqəsində Sebastiyan Till vurub.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər