Benzema baş məşqçisiz qaldı

Benzema baş məşqçisiz qaldı

Portuqaliyalı mütəxəssis Nunu Espiritu-Santu Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunu tərk edib. 

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayaraq ayrılığı rəsmən təsdiqləyib.

49 yaşlı mütəxəssis 2022-ci ilin iyulundan Kərim Benzema və Nqolo Kantenin çıxış etdiyi kluba rəhbərlik edirdi. Ötən mövsüm komanda ilə birlikdə o, ölkə çempionu olub. Lakin son aylar onun "Əl-İttihad"da işləri yaxşı getmirdi. Belə ki, komanda bu il sentyabrın 21-dən bəri cəmi bir qələbə qazana bilib.

"Əl-İttihad"ın Eşpiritu-Santunun yerinə iki ulduz mütəxəssislə danışıq aparıldığı bildirilir.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər