Benjamin Lambot Lənkərana getməyəcək

Benjamin Lambot Lənkərana getməyəcək
"Simurq" "Xəzər Lənkəran"la oyuna tam heyətlə çıxmayacaq. Fanat.az xəbər verir ki, baş məşqçi Georgi Çixradze XXVII turun oyununda Benjamin Lambotun xidmətindən yararlana bilməyəcək.
Buna səbəb belçikalı yarımmüdafiəçinin cəzalı duruma düşməsidi. "Rəvan"la matçın 90+2-ci dəqiqəsində sistematik qayda pozuntusuna görə cəzalanan Benjamin sarı vərəqə limitini doldurub. O, bundan əvvəl AZAL, "Qəbələ" və "Bakı" matçlarında "sarı" almışdı.
Qeyd edək ki, qış fasiləsində Belçikanın "Lyerse" 26 yaşlı yarımmüdafiəçi 8 oyunun hamısında 90 dəqiqə oynayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər