"Bellingem Kroosun davamçısı deyil" - Karlo Ançelotti

"Bellingem Kroosun davamçısı deyil" - Karlo Ançelotti

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandanın gənc yarımmüdafiəçisi Cud Bellingemin bu yay karyerasını bitirməyə qərar verən Toni Kroosun davamçısı olmadığını deyib.

Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis La Liqanın son turu çərçivəsində baş tutan oyundan - "Betis"ə qarşı matçdan (0:0) sonra keçirilən mətbuat konfransında ona ünvanlanan sualı belə cavablandırıb:

"Bellingem Kroosun davamçısı deyil. Çünki o, rəqibin cərimə meydançasına daha yaxın oynayır. Onun həmin mövqedə çıxış etməsi buzim üçün daha vacibdir".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər