Belçikalı ulduz millimizə qarşı kapitan kimi oynayacaq

Belçikalı ulduz millimizə qarşı kapitan kimi oynayacaq

Belçika millisinin baş məşqçisi Domeniko Tedesko "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bröyneni yığmanın kapitanı təyin edib.

Fanat.Az "Sporza"ya istinadən xəbər verir ki, qapıçı Tibo Kurtua ikinci, Romelu Lukaku üçüncü kapitan olacaq.

De Bröyne kapitan təyin olunmasına belə münasibət bildirib: "Bu, qürur anıdır. Millidə çoxdan oynasam da, ölkəmi kapitan kimi təmsil etmək böyük şərəfdir. Ümid edirəm ki, işimin öhdəsindən layiqincə gələcəyəm".

Belçika yığması AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində ilk oyununu martın 24-də İsveçə qarşı keçirəcək. 

"Qırmızı şeytanlar" AÇ-2024-ün seçmə mərhələsində İsveç, Avstriya, Estoniya və Azərbaycanla eyni qrupda mübarizə aparır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər