Belçikalı ulduz Çində yoluxdu, ilk oldu

Belçikalı ulduz Çində yoluxdu, ilk oldu
"Mançester Yunayted”in sabiq üzvü Maruan Fellaini koronavirusa yoluxub.
 
Fanat.Az xəbər verir ki, 2019-cu ilin yayından Çinin "Şandun Lunen” klubunda top qovan 32 yaşlı yarımmüdafiəçidə koronavirus infeksiyası aşkarlanıb. 2013-19 aralığında MY-nin uğurları üçün tər tökmüş orta xətt oyunçusu karantinə alınıb.
 
O, Çin Super Liqasında koronavirusa yoluxan ilk futbolçu olub. 
 
Qeyd edək ki, Fellaini Belçika millisində 87 oyun keçirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər