Belçikalı hücumçu maaşının üçqat azaldıılmasına razı oldu

Belçikalı hücumçu maaşının üçqat azaldıılmasına razı oldu

Dris Mertensin "Napoli" ilə müqaviləsi mövsümün sonunda başa çatır. 

Fanat.Az xəbər verir ki, 34 yaşlı belçikalı klubda qalmaq və karyerasını Neapolda başa vurmaq istəyir.

İtaliya mətbuatının məlumatına görə, "Napoli"də qalmaq üçün Mertens maaşını 3 dəfə azaltmağa hazırdır. O, məvacibinin illik 4,5 milyon avrodan 1,5 milyona endirilməsinə razı olduğunu rəhbərliyin diqqətinə çatdırıb. Yeni müqavilə daha bir il üçün hesablana bilər.

Mertens 2013-cü ilin yayından "Napoli"də çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 33 matçda 11 qol vurub və 2 məhsuldar ötürmə edib.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər