Belçika futbolunda aləm bir-birinə dəyib.
Fanat.Az xəbər verir ki, bu gün səhər saatlarında ölkə polisi bir sıra klubların baza və ofislərində əməliyyat aparıb və şübhəliləri saxlayıb.
Oyun alqı-satqısı və maliyyə fırıldağıyla bağlı aparılan əməliyyatlar ölkənin aparıcı klubları "Anderlext” və "Brügge”dən də yan keçməyib. "Brügge”nin baş məşqçisi İvan Leko dəmir barmaqlıqlar arasına salınıb. Leko və ölkə çempionatının oyunlarını idarə edən 2 hakim danışılmış oyunlarda ittiham olunur. Məşhur menecer Moci Bayat da müvəqqəti təcridxanada veriləcək qərarı gözləyir.
Elita klubları ilə yanaşı, aşağı liqa təmsilçiləri ilə də bağlı araşdırmalar başlayıb.
Fanat.Az