Belçika sürprizə imkan vermədi - VİDEO

Belçika sürprizə imkan vermədi - VİDEO
Braziliyanın ev sahibliyi etdiyi dünya çempionatı davam edir. Fanat.az xəbər verir ki, bu gün qrup mərhələsinin I turuna yekun vurulacaq və II tur başlayacaq.
Artıq bir matç başa çatıb. Gecənin ilk oyununda Belçika Əlcəzairi sınağa çəkib. Afrikalılar 24-cü dəqiqədə hesabı açıb. 70-80-ci dəqiqələrdə iki qol vuran Belçika sürprizə imkan verməyərək qələbə qazanıb.
Qeyd edək ki, bu gecə daha iki oyun keçiriləcək. Saat 00.00-da Braziliya Meksikanı, 03.00-da Rusiya Cənubi Koreyanı sınağa çəkəcək.
DÇ-2014
Qrup mərhələsi
17-18 iyun
H qrupu
21.00 Belçika - Əlcəzair 2:1
Qollar: Marouane Fellaini, 70. Dries Mertens, 80 - Sofiane Feqhouli, 24-pen.
Belçika: Tibo Kurtua, Tobi Alderveyreld, Vensan Kompani (k), Aksel Vitsel,  Kevin de Bruyne, Romelu Lukaku (Divok Origi, 48), Eden Hazard, Daniel van Buyten, Musa Dembele (Marouane Fellaini, 65), Naker Çadli (Dries Mertens, 46).
Ehtiyat oyunçular: Simon Miqnolet, Sammi Bossut, Tomas Vermaelen, Nikolas Lombaerts, Antoni Vanden Borre, Laurent Siman, Steven Defur, Adnan Canuzay, Kevin Mirallas.
Baş məşqçi: Mark Vilmots.
Əlcəzair: Rais Mbolhi, Macid Bouqherra (k), Fauzi Qulam, Rafik Halliçe, Sofiane Feqhouli, Karl Mecani (Nabil Qilas, 84), Nabil Bentaleb, Hilal Soudani (İslam Slimani, 66), Saphir Tayder, Riyad Mahrez (Mehdi Lasen, 71), Mehdi Mostefa.
Ehtiyat oyunçular: Kedrik Si Mohamed, Mohamed Zemmamouçe, Essaid Belkalem, Camel Mesbah, Liassine Kadamuro, Aissa Mandi, Hassan Yebda, Yasin Brahimi, Abdelmoumene Cabou.
Baş məşqçi: Vahid Halilhociç.
Sarı vərəqələ: Yan Vertonqen, 24 - Nabil Bentaleb, 34.
Hakimlər: Marko Rodriges, Marvin Torrentera, Markos Quyntero (Meksika), Əlirza Fəqani (İran).
Belo Horizonte. "Myneyro Estadio".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər