Belçika millisinin üzvü dünyasını dəyişdi

Belçika millisinin üzvü dünyasını dəyişdi

Belçika millisinin sabiq üzvü Sedrik Russel dünyasını dəyişib.

Fanat.Az xəbər verir ki, məlumatı "Les Sports" yayıb.

Mənbənin məlumatına görə, veteran futbolçu infarktdan vəfat edib. 45 yaşlı Russel Brüsselin (Belçika) mərkəzi meydanındakı kafelərdən birində nahar edərkən səhhəti pisləşib. Həkimlərin səyinə baxmayaraq, keçmiş futbolçunun həyatını xilas etmək mümkün olmayıb. 

Russel karyerasının böyük hissəsini Belçikada keçirib. 2002/2003 mövsümündə hücumçu "Mons"un heyətində Belçika çempionatının bombardiri olub. Sedrik Russel Belçika millisində üç oyun keçirib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər