Belçika millisi yarımmüdafiəçsinin xidmətindən məhrum oldu

Belçika millisi yarımmüdafiəçsinin xidmətindən məhrum oldu

Belçika yığması AÇ-2024-ün seçmə mərhələsinin son turunda Azərbaycan millisinə qarşı keçirəcəyi oyuna itki ilə çıxacaq.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın gənc yarımmüdafiəçisi  Amadu Onana təmsilçimizə qarşı oynaya bilməyəcək.

Baldırından xəsarət alan 22 yaşlı oyunçunun Brüsseldəki qarşılaşmanı kənardan izləyəcəyi dəqiqləşdiyi üçün o, millinin düşərgəsindən ayrılıb.

Qeyd edək ki, noyabrın 19-da keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər