Belçika millisi başsız qaldı

Belçika millisi başsız qaldı

"AVRO-2016"da uğursuz çıxış daha bir baş məşqçinin işinə son verilməsi ilə nəticələnib. Fanat.az xəbər verir ki, bu dəfə Belçika millisinin çalışdırıcısı Mark Vilmots tutduğu postdan uzaqlaşdırılıb.

Bu barədə məlumatı Belçika Futbol Federasiyası yayıb. Onunla olan müqaviləyə qarşılıqlı şəkildə xitam verilib.

Qeyd edək ki, 4 ildi yığmaya başçılıq edən Vilmotsun rəhbərliyi ilə Belçika millisi "AVRO-2016"da mübarizəni 1/4 finalda dayandırmışdı.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər