Belçika 14 il sonra bunu bacarmadı

Belçika 14 il sonra bunu bacarmadı

Belçika və İrlandiya milliləri yoldaşlıq görüşündə 0:0 hesabı ilə bərabərə qalıblar.

Fanat.Az xəbər verir ki, FİFA reytinqində İrlandiya 62-ci, belçikalılar isə 4-cü yerdədir.

"Gracenote"-nin məlumatına görə, belçikalılar təxminən 14 ildə ilk dəfə FİFA reytinqində ilk "50-lik"dən kənarda olan rəqibə qol vura bilməyiblər.

Sonuncu dəfə belə hal Belçika ilə 2010-cu ilin avqustunda baş verib və komanda Finlandiyaya 0:1 hesabı ilə uduzub.

Martın 26-da belçikalılar İngiltərə ilə, İrlandiya isə İsveçrə ilə qarşılaşacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər