Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Belarus və Azərbaycan yığmaları (U-19) arasında bu gün keçirilmiş oyundan sonra Belarus yığmasının baş məşqçisi Viktor Borel fikirlərini bildirib:
"Ümumilikdə, komandamın çıxışından razıyam. Doğrudu, hesabda irəlidə olduğumuz halda oyunun taleyinin penalti seriyasında həll edilməsinə mane ola bilmədik. Amma futbolçuların da vəziyyətini anlamalıyıq. Çox qısa zaman kəsiyində 5 oyun keçirmək asan deyil. Yaratdığımız qol epizodlarından yararlana bilsəydik, nəticə fərqli olardı. Bu komandanın ən böyük çatışmazlığı məhsuldarlığın aşağı olmasıdı. Müdafiə inamlı oynasa da, hücumda istədiyimizi əldə etməkdə çətinlik çəkirik. Turnirin təşkilatçılarına təşəkkür edirəm. Oyundan-oyuna komandamın inkişafı hiss olunurdu. Belə turnirlərdə mütəmadi iştirak bizim üçün çox faydalı ola bilər. Buradakı oyunlar əsasında artıq komandamın əsas heyətini müəyyənləşdirdik".
Fanat.az