"Əvvəllər məni Bekhemə bənzədirdilər. İndi özüm həmin durumdayam. Bir çox gənc oğlan və qızların ilham mənbəyiyəm".
Fanat.Az xəbər verir ki, bunu "Bayern Münhen"in hücumçusu Harri Keyn deyib.
İngilis ulduzun karyerasının parlaq dönəmi barədə söylədiklərini "Daily Mail" belə çatdırıb: "Gənclər mənim yalnız meydanda yox, onun sərhədlərindən kənarda da nə etdiyimi diqqətdə saxlayırlar. Kim kimirinizdirsə, o, sizin üçün avtoritetdir. Mən uşaq olanda Bekhem nə desə, onu edərdim".
Xatırladaq ki, Keyn "Bayern Münhen"ə ötən ilin yayında "Tottenhem"dən transfer olunub. Cari mövsüm Almaniya nəhənginin forması ilə bütün turnirlərdə 27 matça çıxan forvard 28 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.