Bekhem Mark Uolberqdən milyonlarla dollar istəyir - Məhkəmə çəkişməsi

Bekhem Mark Uolberqdən milyonlarla dollar istəyir - Məhkəmə çəkişməsi

Hazırda "İnter Mayami" klubunun sahibi olan sabiq futbolçu Devid Bekhemlə tanınmış aktyor Mark Uolberq arasındakı məhkəmə çəkişməsi davam edir. 

Fanat.Az xəbər verir ki, Bekhem aktyorun şirkətindən 18,8 milyon dollar tələb edir. 

Veteran futbolçu aktyorun fitnes şirkətinin tərəflər arasında bağlanmış reklam müqaviləsinin şərtlərini pozduğunu iddia edərək məhkəməyə müraciət edib. İddiada bildirilib ki, Bekhemin köməyi ilə qazancını xeyli artıran şirkət razılaşdırılan məbləği onların bank hesabına köçürməyib. Mübahisəyə Kaliforniya federal məhkəməsi baxır.

Məhkəmənin növbəti iclası 2025-ci il yanvarın 25-nə təyin edilib. Bekhem Uolberqin şirkətindən 2023, 2024 və 2025-ci illər üçün də cərimələri ödəməyi tələb edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər