Bekhem Bellingemə məsləhət verdi: "Axı bu, "Real"dır"

Bekhem Bellingemə məsləhət verdi: "Axı bu, "Real"dır"

İngiltərə millisinin və "Real Madrid"in əfsanəvi oyunçusu Devid Bekhem "kral klubu"na yeni gələn Cud Bellingemə məsləhətlər verib. 

Fanat.Az xəbər verir ki, "Sports Illustrated" hazırda "İnter Mayami"nin sahibi olan Bekhemin dediklərini belə çatdırıb:  

“Cudu təbrik eləyirəm, o, gözəl insandır. Belə gənc yaşda artıq onun çiyinlərində bir yük var. Real Madrid"də hər şey fərqli olacaq. Bellinghemə nə məsləhət verə bilərəm? Cud, birincisi, dili öyrən. Komanda yoldaşlarınla yaxından tanış ol, əylən. Daha sonra isə oynamaqdan həzz al. Axı bu, "Real"dır". 

Qeyd edək ki, 20 yaşlı yarımmüdafiəçi ötən ay 100 milyon avroya Dortmund "Borussiya"sından "Santyaqo Bernabeu"ya keçib. Bellingem artıq “Real”da mövsümöncəsi məşqlərə başlayıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər