"Rəvan" aşağı yaş qrupları üzrə koordinatoru Bəhmən Həsənov Ukraynaya səfərdən qayıdıb. Fanat.az xəbər verir ki, mütəxəssis "Şaxtyor" Futbol Akademiyasında olub.
Akademiyanın işi ilə tanış olan Həsənov hazırda "Şaxtyor"da işləyən "Simurq"un sabiq üzvü Mixael Storastyakla görüşüb. Həsənov "Rəvan"ın Futbol Akademiyasında Ukrayna klubunun təcrübəsindən yararlanacaq.
Fanat.az