Bəhmən Həsənov istefaya göndərildi

Bəhmən Həsənov istefaya göndərildi

2-ci Liqa təmsilçisi "Şəki Siti" baş məşqçisi Bəhmən Həsənovla yollarını ayırıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Qaradağ Lökbatan"a məğlubiyyətin (2:3) ardından "Xankəndi"dən də alınan yenilgi (0:1) rəhbərliyin narazılığına səbəb olub.

Həsənovla mövcud vəziyyəti müzakirə edən və komandanın 1-ci Liqaya yüksəlmək hədəflərini xatırladan rəhbərlik onunla vidalaşmaq zamanının çatdığını bildirib.

Qeyd edək ki, 4 oyuna 6 xal toplayan "Şəki Siti" hazırda turnir cədvəlinin 6-cı pilləsində mövqe tutub. Sözügedən komanda lider "Xankəndi"dən 6 xal geri qalır. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər