BƏƏ klubu ötən mövsüm ona ÇL-i qazandıran məşqçi ilə yollarını ayırdı

BƏƏ klubu ötən mövsüm ona ÇL-i qazandıran məşqçi ilə yollarını ayırdı

Ernan Krespo artıq ötən mövsüm Asiya Çempionlar Liqasının qalibi olduğu "Əl-Əyn"in baş məşqçisi deyil. 

Fanat.Az xəbər verir ki, sözügedən klub məlumatı mətbuat xidməti vasitəsilə yayıb. 

Sabiq argentinalı hücumçunun qovulmasına səbəb klubun çıxışındakı "qara zolaq" - son 7 matçda 5 məğlubiyyət və 1 heç-heçə olub. Asiya Çempionlar Liqasının qrup mərhələsində Stefan Piolinin baş məşqçisi olduğu “Əl-Nəsr”ə biabırçı, 1:5 hesablı məğlubiyyət rəhbərliyin səbr kasasını daşıran son damla olub. 

Birləşmiş Ərəb Əmirliyi klubu yeni baş məşqçi axtarışına başlayıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər