Bayramov "Mingəçevir"i bu kluba dəyişir

Bayramov "Mingəçevir"i bu kluba dəyişir

1-ci Liqa təmsilçisi "Mingəçevir"i ötənmövsümkü heyətdən qalan daha bir futbolçu tərk etməyə yaxındır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, 2023-cü ilin yayından "şəhərlilər"in formasını geyinən Elmin Bayramovdur.

Aran təmsilçisinin təklif etdiyi şərtlər 24 yaşlı müdafiəçinin özünə yeni iş yeri axtarması ilə nəticələnib. Tovuzlu oyunçunun 2-ci Liqa təmsilçisi "Quba" ilə müqavilə bağlamağa yaxındır.

Xatırladaq ki, "Mingəçevir" son mövsümdə 1-ci Liqadakı mübarizəni 4-cü yerdə başa vurub. Aran təmsilçisi mövsüm yekunlaşandan sonra baş məşqçisi Füzuli Məmmədovla yollarını ayırıb. Onun yerini Ramiz Məmmədov tutub. 

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər